"Brexit" üzrə ikinci referendum olmayacaq. Birləşmiş Krallıq Avropa İttifaqı xaricində açılan imkanlara diqqət yetirməlidir".
BBC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın nazirləri ilə görüşündə baş nazir Tereza Mey deyib.
Britaniya hökuməti ilk dəfə əhalinin Aİ-dən çıxışa səs verdiyi iyun referendumunun nəticələrini müzakirə etmək üçün görüş keçirib.
Tereza Meyin sözlərinə görə, Birləşmiş Krallıq Aİ-nin qanadlarının arxasında dayanmayacaq. Baş nazir Böyük Britaniyanın dünyadakı yeni rolunda gələcəkdə uğurlar qazanacağına əminliyini vurğulayıb.
T.Mey Aİ ilə danışıqların bu il başlamayacağını da sözlərinə əlavə edib.