Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunacaq yarışlar sentyabrın 14-dək davam edəcək.
Turnir çərçivəsində, həmçinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 87-ci konqresi də keçirilə bilər.
Kişilərin yarışlarında 182, qadınlarda isə 142 komanda çıxış edəcək. Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında 3 komanda ilə təmsil olunacaq.
Azərbaycan, ABŞ, Rusiya və Çin kişilər arasında yarışların favoriti hesab olunur.
Şahmat olimpiadası sentyabrın 14-ə qədər İsveçrə sistemi üzrə 11 turda keçiriləcək. Turnirin qalibi komanda xallarının sayı üzrə müəyyən olunacaq.