Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ötən gün Parisdə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezirlə görüşüb.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinə də toxunublar.
Tərəflər münaqişənin nizamlanması prosesini müzakirə ediblər.