İslam Kərimovun müalicəsi ilə rusiyalı həkimlər məşğul olur

17:40 - 31 Avqust 2016 - DÜNYA

 Rusiyanın N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun həkimləri Özbəkistan prezidenti İslam Kərimovun müalicəsi üçün Daşkənd şəhərindədir."Report" xəbər verir ki, bu məlumatı RBK agentliyi yayıb.İnstitutun elmi rəhbəri Aleksandr Konovalov da məlumatları təsdiq edib.

"Həkimlərimiz çoxdan, elə ilk andan oradadır", - deyə A.Konovalov bildirib.
Onun sözlərinə görə, bu məsələyə məsul şəxs İnstitutunun direktoru, neyrotravmatologiya şöbəsinin rəhbəri Aleksandr Potapovdur.
Özbəkistan prezidenti İslam Kərimov hazırda reanimasiyadadır. O, avqustun 27-də səhər saatlarında beyninə qansızması səbəbi ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, daha əvvəl Rusiya baş nazirinin müavini Olqa Qolodets İ.Kərimovun müalicəsi üçün Daşkənddən heç bir sorğu gəlmədiyini bildirmişdi.

Xəbər xətti