Şimali Koreyada təhsil nazirinin müavini Kim Yon Çol edam edilib, daha iki yüksək vəzifəli məmura isə şiddətli töhmət verilib.
Ucnoqta.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Çon Çjun Hi deyib.
Onun sözlərinə görə, daxili məsələlərə cavabdeh olan Kim Yon Çola “inqilabi addımlar”ın atılmasına dair tapşırıqlar verilmişdi. Çon Çjun Hi təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl iki məmur KXDR lideri Kim Çen Inın şəxsi əmri ilə iriçaplı zenit-top qurğusundan atəş açılmaqla edam olunub.