Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına səfərə gəlib.
"Report"un xəbərinə görə, Gürcüstanın baş nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.