Polis ABŞ-ın tanınmış müğənnisi Kris Braunu tutub. Onun həbs edilməsinə səbəb kimi odlu silahla hücum etməsi göstərilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Kris Braun haqqında polis idarəsinə şikayət daxil olub.
Şikayətdə göstərilir ki, Kris Braun gənc qızı təhdid etməkdə və ona odlu silahla hücum etməkdə təqsirli bilinib.
Hazırda tanınmış müğənni haqqında cinayət işi açılıb və Kris Braunun təhdid etdiyi xanımla münasibətləri araşdırılır.