Nyu-Yorkda Qudzon çayında bərənin kayak qrupuna çırpılması zamanl 11 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Accosiated Press" Nyu-Yorkun yerli dövlət orqanlarına istinadən xəbər yayıb. Polisin məlumatına görə, hadisə Manhettenin qərb hissəsində baş verib. Polis nümayəndəsi bildirib ki, hadisə zamanı xəsarət almış bir zərərçəkənin vəziyyəti kritik qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.