Suriya hökuməti Türkiyənin ölkənin şimalında həyata keçirdiyi əməliyyatlarla bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Lent.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi olan SANA-da yer alan məlumatda bildirilir ki, Xarici İşlər Nazirliyi tərəfindən hazırlanaraq BMT sədri və Təhlükəsizlik Şurasına göndərilən məktubda Türkiyənin hərəkətlərindən ciddi narahatlıq ifadə edilib. Rəsmi Dəməşq iddia edib ki, “Fərat Qalxanı” əməliyyatı zamanı mülki insanlar da ölüb. Həmçinin qeyd edilib ki, Türkiyə və bu ölkənin dəstəklədiyi qüvvələr İŞİD-ə qarşı silah işlətməyib və terrorçuların Cerablusa daxil olmasına şərait yaradıblar.