Şirvanda avtmobil ehtiyyat hissələri mağazası yanıb. Ucnoqta.az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərində Həsənov Aydın Mobil oğluna məxsus ümumi sahəsi 156 kvadratmetr olan avtomobil ehtiyyat hissələrinin mağazasının yanar konstruksiyaları və avtomobil ehtiyyat hissələri 24 kvadratmetr sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:49-da Şirvan Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.