Beş nəfər ildırım vurması nəticəsində ölüb - Boliviyada

10:54 - 30 Avqust 2016 - HADİSƏ

Boliviyada 5 nəfər ildırım vurması nəticəsində həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi GFG nəşri məlumat yayıb.
Faciə Beni departamentinin San-Lorenso şəhərində baş verib.
Bir qrup insan pis hava şəraitindən qaçmaq üçün tövlədə gizlənib və şimşək də məhz ora düşüb.
Ölənlərdən ikisi yeniyetmədir. Daha bir yaşlı kişi yaralanıb, o, xəstəxanaya yerləşdirilib.

Xəbər xətti