Toydan qayıdarkən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib - Lənkəranda

10:52 - 30 Avqust 2016 - HADİSƏ

Avqustun 29-da Lənkəran rayonunda baş verən ağır yol qəzasında yaralanan 5 nəfərdən biri dünyasını dəyişib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasından "Report"un Cənub bürosuna verilən məlumata görə, bu, qəzaya səbəb olan "VAZ 2107"nin sürücüsü, Lerik rayonunun Piran kənd sakini, 1965-cü il təvəllüdlü Məmmədov Əlimərdan Ayaz oğludur.

Həkimlər yaralını əməliyyat etsələr də, həyatını xilas edə bilməyiblər.


Xəbər xətti