Rusiya 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında da təmsil oluna bilməyəcək.
"Report"un məlumatına görə, Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) qərarını qüvvədə saxlayan İdman Arbitraj Məhkəməsi diskvalifikasiyanı qarşıdakı yay və qış olimpiadalarına tətbiq edib.
BPK Rusiya Paralimpiya Komitəsini avqustun 7-də bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Cəza tədbiri Riçard Maklarenin Rusiya idmanındakı dopinq barədə məruzəsi əsasında görülüb. Qərardan CAS-a şikayət ünvanlansa da, rədd edilib.
2016-cı il Yay Paralimpiya Oyunları 7-18 sentyabrda Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq.