Rusiya Prezidenti Vladimir Putin futbol üzrə Türkiyə və Rusiya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa getməyəcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, oyun avqustun 31-də Antalyada keçiriləcək.