İslam Kərimovun yerinə kimin keçəcəyi bəlli oldu: rusiyalı milyarder

15:48 - 29 Avqust 2016 - DÜNYA

Özbəkistan prezidenti İslam Kərimovun ehtimal olunan varisinin adına aydınıq gəlib. Lent.az-ın fergana.ru-ya istinadən məlumatına görə, bu şəxs ölkənin baş naziri Şövkət Mirziyevdir. Adıgedən saytın yazdığına görə, Mirziyev Kərimovlar ailəsinə yaxın şəxsdir və hakim elitadakı bütün klanlarla münasibəti yaxşıdır.

Düzdür, İslam Kərimov vəfat edəcəyi təqdirdə Özbəkistan konstitusiyasına görə, hakimiyyət parlamentin sədrinə keçir. “Amma parlament sədri odioz fiqur deyil. Böyük ehtimalla növbəti prezident Mirziyev olacaq”, deyə sayt yazır.
Məlumata görə, Mirziyev rusiyalı milyarder Əlişir Usmanovla qudadır.
Kərimovun vəziyyəti isə çox kritikdir. Həkimlərin proqnozlarına görə, yaxın 3-4 gündə ən böhranlı günlərdir. Və bu günlər ərzində onunu taleyinə aydınlıq gələcək. Artıq dünən gecədən İsrail və Almaniyadan olan bir neçə həkim Kərimovun müayinə və müalicəsi ilə məşğuldur.

Xəbər xətti