Yəməndə hərbi məktəbdə partlayış törədilib, çox sayda ölən var. Lent.az-ın “Sözcü”-ə istinadən məlumatına görə, Yəmənin ən böyük ikinci şəhəri Adendə hərbi məktəbin həyətində bomba yüklü avtomobillə partlayış törədilib. Avtomobil əsgərlərin toplaşdığı əraziyə sürülüb.
Hələ ki, 50 nəfərin öldüyü deyilir. Ölənlərin sayının artacağı təxmin edilir. Yaralanan ən az 60 nəfər isə xəstəxanaya yerləşdirilib.