Rövşənin qatilləri maşını Antalyada kirayələyiblər - Saxta nömrəylə

11:50 - 29 Avqust 2016 - DÜNYA

Türkiyə polisi Rövşən Lənkəranski ilə bağlı özəl məlumatları killerlərə ötürən şəxs və ya şəxslərin axtarışındadır.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qətlin baş verdiyi gecəyə aid kameralar incələnib və İstanbul polisi müəyyən edib ki, sui-qəsddən dərhal sonra hadisə yerindən qaçan 3 qatil avtomobili Antalyada kirayələyiblər. Onlar Rövşənin Türkiyəyə gəldiyini öyrəndikdən sonra Antalyada kirayə tutduqları maşına saxta nömrə vurublar.
Hazırda qətlin icraçılarını tapmaq üçün vaxt itirmədən Antalyaya polis dəstəsi göndərilib.
Polis eyni zamanda sui-qəsdçilərə Canıyevlə bağlı özəl məlumatları ötürən şəxs və ya şəxslərin də axtarışındadır.

Xəbər xətti