Bakı-Şamaxı magistralının Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, magistralın 54-cü kilometrliyində "Nissan" markalı, 90 VH 774 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 29 yaşlı qadın sərnişin aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.