Yol hərəkəti qaydalarını pozan sürücülər cərimələnib - Siyəzəndə

11:00 - 29 Avqust 2016 - ÖLKƏ İÇİ

Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin Heydər Əliyev prospektində reyd keçiriblər.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 20-yə yaxın sürücü inzibati qaydada cəzalandırılıb, sürət həddini aşan və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə daha çox rast gəlinib. İki sürücünün isə avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib.
Bununla yanaşı, reyd zamanı avtomobili sürücülük hüququ olmadan idarə edən iki nəfər də aşkarlanaraq barələrində inzibati qaydada protokollar tərtib edilib.
Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Əliağa Əsgərbəyli bildirib ki, bu kimi reydlərin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxarmaq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.


Xəbər xətti