Bakıda təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi Bədavi Hüseynov zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.
"Qarabağ"ın futbolçusu 2018-ci il dünya çempionatının seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.
Qeyd edək ki, daha öncə Bakı "İnter"inin müdafiəçisi Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olub.