Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Nəcran şəhərinə raket düşməsi nəticəsində bir ailənin iki uşağı həyatını itirib, 5 nəfər yaralanıb.
Ucnoqta.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Nəcran şəhəri Mülki Müdafiə İdarəsinin nümayəndəsi podpolkovnik Əli Əş-Şəhrani bildirib.
O, Yəməndən atılan raketin Nəcran şəhərində bir evin üzərinə düşdüyünü deyib.