Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya və Türkiyə arasında çarter reyslərinə qoyulan qadağanın ləğv edilməsi barədə qərar imzalayıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sənəd Rusiya hökumətinin saytında yerləşdirilib.
Rusiya aviaşirkətləri artıq Türkiyəyə çarter reyslərinin həyata keçirilməsi üçün Rusiya Nəqliyyat Nazirliyinə müraciət etməyə başlayıblar.