Bu gün Türkiyədə bu gün məscidin tavanından asılmış böyük çilçıraq cümə namazına toplaşanların üzərinə düşüb.APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Kayseri şəhərindəki Ahmet-Ayşe İnci məscidində olub. Çilçırağın qoparaq, yerə düşməsi nəticəsində 11 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.