İtaliyada dağıdıcı zəlzələ qurbanlarının sayı 267-ə çatıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti ölkənin Mülki Müdafiə Xidmətinin nümayəndəsi İmakloan Postilyoneyə istinadən xəbər verib.
Onun sözlərinə görə, hazırda xəstəxanalarda 387 yaralı var. Faciə qurbanlarının sayı artmaqdadır. Xilasedicilər dağıntılarda axtarışları davam etdirirlər.
Qeyd edək ki, avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində zəlzələ baş verib. 6,1 bal gücündə olan yeraltı təkanların episentri L'Akuila şəhərindən 48 km şimalda olub. Seysmoloqların məlumatlarına görə, zəlzələ bölgəsində 650-yə yaxın yeraltı təkan qeydə alınıb.