Azərbaycanda ahıl qadın bədbəxt hadisə nəticəsində ölüb. “Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 92 yaşlı Roza Yaqubova evinin eyvanından (ikinci mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Yaqubova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.