Dünən Lənkəran şəhərində dənizdə çimərkən batan şəxsin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, 1992-ci il təvəllüdlü Əli İltifat oğlu Babayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyati üzrə təhvil verilib. Əməliyyat bu gün saat 08:15-də başa çatıb.