Xəzər rayonunda dənizdə batan bir nəfər xilas edilib. FHN-nin saytında verilmiş xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq, aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 16:20-də başa çatıb.