"Elazığda Təhlükəsizlik İdarəsinin binası qarşısında törədilən partlayış nəticəsində 3 polisimiz şəhid olub, 217 nəfər yaralanıb"."Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım hadisə yerinə - Elazığda səfəri zamanı bildirib.
Onun sözlərinə görə, terror nəticəsində yaralanan 217 nəfərin 72-si ambulator müalicəyə göndərilib, 145-i isə 5 xəstəxanada müalicə olunur: "Müalicə edilən yaralıların 85-i polis, 60-ı isə mülki sakindir. Yaralıların arasında 20-nin vəziyyəti nisbətən ağırdır. 14 yaralının isə vəziyyəti daha ağırdır. Onların da ikisi polisdir ".