Türkiyənin Bitlis əyalətinin Hizan rayonunda hərbçilərin avtomobilinə hücum olub. "Report" "Milliyet"ə istinadən xəbər verir ki, hadisə hərbçilərin PKK terrorçularının zərərsizləşdirilməsi üçün əməliyyatlardan qayıtdığı sırada yola döşənmiş əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində baş verib. Nəticədə 3 hərbçi şəhid olub, 6-sı yaralanıb.
Məlumatda həmçinin bildirilib ki, Hizan rayonunun Nazar kəndində PKK terrorçularının zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatlar zamanı 1 kənd qoruyucusu şəhid olub, 1 hərbçi yaralanıb.
Yaralılar Bitlis Dövlət Xəstəxanasına yerləşdiriliblər.