Lənkəran rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, avqustun 17-də Lənkəran rayon sakini Mirdaməd İsmayılzadə Lerik rayonu ərazisindən keçən Lənkəran çayına yıxılaraq boğulub. Meyit sudan çıxarılıb.
Ölüm faktı ilə bağlı araşdırma aparılır.