Türkiyənin Elazığ bölgəsi Təhlükəsizlik İdarəsinin yaxınlığında partlayış olub. Terrorçu PKK qruplaşmasının Elazığ bölgəsi Təhlükəsizlik İdarəsinə partlayıcı yüklənmiş avtomobillə hücumu nəticəsində 3 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb edilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib.