Rusiya "Su-34" bombardmançı təyyarələri növbəti dəfə İranın Həmədandakı hərbi hava bazasından havaya qalxaraq İŞİD terror qruplaşmasının Suriyanın Deyr əz-Zor vilayətindəki mövqelərinə hava zərbələri endiriblər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
"Döyüş tapşırığının uğurla icrasından sonra Rusiya təyyarələrinin hamısı bazaya geri dönüb", - deyə nazirliyin məlumatında qeyd olunub.