Türkiyədə 38 min məhbus birdən azad edilir

11:00 - 17 Avqust 2016 - DÜNYA

Türkiyədə fövqəladə vəziyyət rejimi ilə bağlı Cəza və təhlükəsizlik tədbirlərinin tətbiqi haqqında qanunda dəyişiklik edilib.Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, qanuna əlavə edilən yeni maddə ilə 38 minə yaxın məhbusun azadlığa çıxma şansı yaranıb.
Bu barədə Ədliyyə naziri Bekir Bozdağ özünün “Tvvitter” hesabında bu açıqlamanı edib: “Qanuna əlavə edilən bu maddə ilə 1 iyul tarixinə qədər işlənən cinayətlər ucbatından məhkum olunan və ya olunacaqlar azad ediləcək. Ancaq bu bir əfv deyildir. Bu, şərti azadlıqdır”.
Qeyd edək ki, qərar ilə birlikdə indi təxminən 180 min məhkum və məhbusun olduğu həbsxanalarda məhkumların beşdə biri təxliyə ediləcək.

Xəbər xətti