Xalq artistinin qızının erməni stilistlə yeni FOTOSU

14:56 - 12 Avqust 2016 - MAQAZİN

Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzova erməni stilistlə daha bir fotosunu paylaşıb. Axşam.az-ın məlumatına görə, onun qalmaqallı fotosu mübahisələrə səbəb olub. Stilist Georgi Kotun ünvanına təriflər yağdırıb:
“Allaha sizi yaratdığı üçün minnətdaram. Yaxşı ki, varsınız. Sağ olun ki, Allah tərəfindən sizə verilən bu qeyri-adi istedadı bizimlə bölüşürsünüz. Hər şeyə görə təşəkkür edirəm. Sizi çox sevirəm və hörmət edirəm. Mənim əziz ustam”.
Qeyd edək ki, Şəfəq Novruzovanın erməni stilistlə işbirliyi qalmaqala səbəb olub. Hər kəs onun erməni stilistlə əməkdaşılıq etməsini təhqir edib. 
Ş.Novruzova isə açıqlama verərək, Kotla əməkdaşlığa davam edəcəyini söyləyib.


Xəbər xətti