Sergey İvanov Rusiya prezidenti administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Apa-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.
Digər sərəncamla S. İvanov prezidentin təbiətin mühafizəsi fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, S. İvanov 2012-ci ildən Kreml administrasiyasının rəhbəri olub.