Kürdəmirdə iki yük maşını toqquşdu: ölən var

10:53 - 12 Avqust 2016 - HADİSƏ

Kürdəmirdə "Kamaz" və "Maz" markalı yük maşınları toqquşub. FHN-in saytında verilmiş məlumata görə, Qarabucaq kəndində vətəndaşlara məxsus "Kamaz" və "Maz" markalı iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış "Kamaz" markalı avtomobildən 1953-cü il təvəllüdlü Sabir Əsəd oğlu Paşayevin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti