Əməkdar artist Röya Ayxan Türkiyənin məşhur simaları ilə bir araya gəlib. BiG.AZ xəbər verir ki, ifaçı İbrahim Tatlısəs və Özcan Dənizlə foto çəkdirib. "Bu gün qardaş ölkə birlik nümayiş etdirdi. 6 milyona yaxın insan və bütün ulduzlar çiyin-çiyinəydi. Mənzərə möhtəşəm idi. Bir də əsən bayraqlar arasında Azərbaycan bayrağını görmək şərəf idi.
Ən yaddaqalan dəqiqə imperatorun əlimi tutub, "Mahnılarını göndər, mən də qulaq asım” deməsi oldu. Bu arada, məni ona Özcan Dəniz təriflədi" - deyə Röya Ayxan sosial şəbəkədə qeyd edib.