İyulun 23-ü Azərbaycanın məşhur müğənnisi, xalq artisti Flora Kərimovanın yubileyidir. Flora Kərimovanın 75 yaşı tamam olur.
F.Kərimova açıqlamasında doğum günlərini qeyd etmədiyini, buna görə yubileyini də keçirməyəcəyini deyib: "Çünki iyulun 23-ü Ağdamın işğal günüdür. Məhz bu səbəbdən yubileyim də olsa, qeyd etmək fikrim yoxdur. Təbriklər gələcək. Sağ olsunlar. Məni sevən, mənə dəyər verən hər kəsə minnətdarlığımı bildirirəm. Hər birinizi öpürəm".
Xatırladaq ki, Flora Kərimova 1941-ci ildə Bakıda anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1977-ci ildә isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycn Dövlət Filarmoniyasında çıxış edib.1983-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçün"Qaynana" filmində Dilbərin ariyası, Sular qız romansı) Milli Opera janrı (doqquz dəfə Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının, Klassik Art-Estrada (Sovet Estradası) janrlarının ustad sənətkarıdır. Azərbaycan Klassik Art-Estrada janrının banisidir (Ona qədərki Sənətkarlar - Rəşid Behbudov və Mirzə Babayev daha çox milli çalarlı estrada bəstəkar mahnıları ifa edib.), Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib.
"Qanun naminə" bədii filmində baş rolu ifa edib.
Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn İmma Sumac) fərqi ondadır ki, o, nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. report