Bakıda cibgirliklə məşğul olan qadın tutuldu

13:58 - 19 İyul 2016 - HADİSƏ

Bakıda cibgirliklə məşğul olan qadın polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Bakı şəhər sakini Əfrail Qurbanovun cibindən 146 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Nigar Qaçayeva tutulub.
Araşdırma aparılır.

Xəbər xətti