Buzovnada dəniz çimərliyində 2 nəfər batıb. Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, iyulun 18-də Bakı şəhər sakinləri Mirəziz Sabirqulu və Yuri Krasiçkov Buzovna qəsəbəsinin dəniz çimərliyində boğulub. Batan şəxslərin meyitləri sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.