Biləsuvarda silahlı insident baş verib. Ucnoqta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 16-da Biləsuvar rayonunda yaşayan Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi “İJ-58” markalı tüfəng götürülüb. Araşdırma aparılır.
Emin