Bakıda evdən pul və qızıl əşyalar oğurlan şəxslər yaxalanıb

12:56 - 4 İyul 2016 - HADİSƏ

 Bakıda evdən 70 min dollar və 30 000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş xəbərə görə, iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Cahangir Əliyevin evindən 70 000 ABŞ dolları, 30 000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti