Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda, ölümə cəhddə, qanunsuz soyuq silah gəzdirməkdə təqsirləndirilən Fərqamət Qasımov, Pavleko Andrey və Antonovskiy Yevgeniyin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Antonovskiy Yevgeniy 17 il, Pavlenko Andrey və Fərqamət Qasımiv isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qrup üzvləri Bakı şəhərində olan bir neçə Milli ÖN aparatını oğurlayıb. Qrup üzvlərindən Antonovski Yevgeniy isə oğurluq edən zaman polis əməkdaşları ilə silahla müqavimət göstərib. Polislərdən biri ağır yaralanıb.