Gündüz saatlarında Xəzərdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 13:07-də başa çatıb.