Siyəzəndə 12 yaşlı uşaq ölümdən döndü- SON ANDA-VİDEO

11:54 - 1 İyul 2016 - HADİSƏ

Ötən gün Siyəzən rayonunda bədbəxt hadisə baş verib. Region tv-nin xəbərinə görə, belə ki, yelləncəkdə əylənən azyaşlı ölümdən son anda xilas edilib. Hadisə Siyəzən rayonunun Yenikənd kəndində baş verib. 12 yaşlı Əliheydər Balakişiyev həyətlərində əylənərkən yelləncəyin ipi boğazına dolaşıb. Xoşbəxtlikdən valideynlər hadisədən tez xəbər tutub. Azyaşlı dərhal Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə çatdırılıb. Hazırda xəsarət alan Əliheydər Balakişiyev reanimasiyadadır. Azyaşlının vəziyyəti ağır olduğundan Səhiyyə Nazirliyinə məlumat verilib.

 

Xəbər xətti