Göyçay rayonunda silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, iyunun 28-də Göyçay rayonunun İnçə kənd sakinləri Namiq Hacıyev və Zaur Cabbarov kəndin ərazisində ov edərkən N.Yaqubov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Z.Cabbarovun qarın nahiyəsinə xəsarət yetirib. Z.Cabbarov xəstəxanaya yerləşdirilib.
Göyçay RPŞ əməkdaşları tərəfindən N.Yaqubovdan müvafiq sənədləri olmayan “TOZ-17” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.