Türkiyə və Rusiya prezidentləri görüşəcəklər

15:34 - 29 İyun 2016 - DÜNYA

Türkiyə və Rusiya prezidentləri şəxsi görüş keçirmək barədə razılığa gəliblər. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Prezidentlər telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin normallaşdırılmasının vacibliyini qeyd ediblər. Kremldən isə bildiriblər ki, bundan başqa, tərəflər rus turistlərin Türkiyəyə səfərlərinə qoyulmuş məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsini müzakirə ediblər. Rusiya Prezidenti hökumətə Türkiyəyə qarşı turizm sahəsində qoyulmuş inzibati məhdudiyyətləri aradan qaldırmağı tapşırıb.

Hər iki lider bütün terror təhdidləri üçün ümumi mübarizədə beynəlxalq əməkdaşlığın fəallaşmasının vacibliyini qeyd ediblər.

Xəbər xətti