İstanbulun Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb."Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.Xəbərə görə, yaralananların sayı da artıb. Terror aktları nəticəsində 239 nəfər yaralanıb.
Qeyd edək ki, iyunun 28-də gecə saatlarında Atatürk hava limanında terror törədilib. Hadisədən bir qədər sonra 36 nəfərin öldüyü, 147 nəfərin isə yaralandığı haqda məlumat yayılmışdı.