Xeyli müddətdir Türkiyədə baş verən proseslərlə və qaranlıq məsələlərlə bağlı öz tvitter hesabında xəbərlər verən Fuat Avninin İstanbuldakı son terror aktı ilə bağlı da əvvəlcədən məlumatlı olduğu üzə çıxıb. Lent.az-ın məlumatına görə, sosial şəbəkədəki “Fuat Avni Mizah” profilinin kim tərəfindən idarə edilməsi məlum olmasa da, admin növbəti dəfə baş verəcək olayı öncədən açıqlayıb. Fuat Avni dünən yerli vaxtla saat 19:35-də yazıb ki, Türkiyədə İsrail və Rusiya ilə aparılan xarici siyasətin daxili mühitə təsirini azaltmaq məqsədi ilə terror aktı törədiləcək. O, ölkədə terror aktlarını planlaşdırıb həyata keçirən gizli qüvvələri xəyanətkar adlandırıb.