Azərbaycanda dəhşətli olay: oğul sərxoş atasını öldürdü

11:42 - 29 İyun 2016 - HADİSƏ

Kürdəmir rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, Kürdəmir şəhərinin İslam Məmmədov küçəsindəki fərdi yaşayış evində 1985-ci il təvəllüdlü Nizamov Mətləb Əflatun oğlu atası, 1955-ci il təvəllüdlü Nizamov Əflatun Paşa oğlunu bıçaqlayaraq öldürüb.
 Bildirilir ki, hadisə vaxtı 61 yaşlı Ə.Nizamov sərxoş vəziyyətdə olub. O, evdə oğlu ilə mübahisə edib və nalayiq ifadələr işlədib. Əsəblərinə hakim ola bilməyən 31 yaşlı oğul da məlum hadisəni törədib.

Atasını öldürən M.Nizamov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti